bitsədə baş vermiş söz-söhbətlər səngimək bilmir..
Belə ki, Azərbaycanda ermənistanın kod nömrəsinin
bloka qoyulması ermənistanın narazılığına səbəb olub..
Və onlar İnga və Anuş bacılarına səs vermədiyimiz üçün
Eurovision yarışmasının təşkilatçılarına şikayət ediblər..
Daha ətraflı xəbərin ardında
Mayın 16-sı Eurovision 2009 mahnı müsabiqəsinin final gecəsi səs vermə zamanı Azərbaycanda ermənistanın iştirakçılarının kod nömrələrinə blok qoyulub efirə verilməməsi ermənistan xalqının qəzəbinə tuş gəlib..Belə ki, onlar Azərbaycanın Eurovision qaydalarını kobudcasına pozduğunu irəli sürüb yarışma təşkilatçılarına öz şikayətlərini bildiriblər.. OTA ( ermənistanın ictimai kanalı) telekompaniyasının PanArmenian.net saytının müxbirinə söylədiklərinə görə Azərbaycan xalqı İnga və Anush bacılarını Azərbaycandan səs toplamaq hüququndan məhrum ediblər..(Guya ki Azərbaycanlılar erməni bacılarına səs verəcəkmiş) Və beləliklə Azərbaycan xalqına öz etirazını bildirən ermənistan xalqı indidə yarışma təşkilatçılarına şikayətini bildiriblər....Onuda qeyd edimki ermənistanın reklam çarxında çıxarılan abidələrin onlara mənsub olduğunu söyləyən ermənilər Azəybaycanın reklam çarxında isə Təbriz abidəsini oğurladığımızı söyləyiblər..Buda ermənilər növbəti hayasız şəri..
P.S Onuda qeyd edək ki, ermənistanın Jan-Jan mahnısı Azərbaycanın ölməz bəstəkarı Tofiq Quliyevin Naxçıvani mahnısından oğurluqdur..!!!