Sony Ericsson Black Diamond
Bir neçə müddət bundan əvvəl telefon bazarına bahalı bir telefon haqqında xəbər yayıldı:“Sony Ericsson” firması bazara özünün ən bahalı modelini çıxaracaq! Bu yeni qeyri-adi görünüşlü telefonun adı “Qara Brilyant”(Black Diamond) idi. Ekranının OLED texnologiyası ilə hazırlanması və titandan hazırlanmış şəffaf materialı ona sanki sərhədsizmiş kimi görünüş verirdi
Telefonun istehsalında polikarbonatlardan istifadə isə xüsusi monolitlik qazandırır və “süzülüb axır” təsiri bağışlayır. “Sony Ericsson” firması bu telefonun istehsal sifarişini İsveçin VIPN (Voice Internet Phone Network) firmasına verib. Cihazın başqa bir xüsusiyyəti isə hiss edilən (sensorlu) klaviaturası və toxunmaqla işləyən düymələridir. Bu düymələr telefonun işıqları yanmadıqda, demək olar ki, görünmür
|